Qiyamət günü .

Ədəbiyyat


 

 

◊ Qiyamət günü .(gələcəkdə baş vermiş hadisə )

  Şərh göndərin 12.07.2016 20:43

                             Qiyamət  günü .                        (hekayə)                      Gələcəkdə baş vermiş hadisə. Səkiyə elə bil raket düşüb. Kənarda dayanıb uçulmuş səkiyə təcüblə baxan uzun boylu kişi mizildandı :-bomba nədir? Mən çıxmışam ordan .Cavan oğlan maraqla :- Siz də  adam kimi qəbirinizdən xortlamadınız .?Uzun kişi :-qəbir nədir ,? Mən ölməmişdim axı ,indilərdə huşumu itirmişdim ,əcəb də hücum eləmişdik,hamını yatdığı yerdəcə çadırlarında haqlamışdıq,təkcə qadınları öldürmürdük ki , onları satacaqdıq yüz dinara,qəfildən vurdular məni arxadan ,deyəsən gürzlə .,yerə yıxıldıgım elə indicəydi ,-cavan oğlan istehza ilə : -bəs niyə əyninizdə paltar yoxdur ?Paltarlarınız çoxdan çürüyüb ,deməli çoxdan, allah bilir iki min il bundan qabaq ölmüsüz, belə ,bu şəhərin düz ortasında lüt dayanmayın, gedin marketə indi orada əməlli başlı qarət başlanıb kim əyninə yaraşdı yaraşmadı nəyi tapdı geyinir,allahın hüzuruna lüt getməyəcəyik ki ,mələkləri özümüzə güldürərik .Uzun kişi : - nə sarsaqlayırsan?Necə yəni çoxdan ölmüşəm ? Mən indicə üzü üstə yıxıldım  lap indicə ,hüzur nədir ?Allahla müqəddəs Kirdən başqa heç kim görüşə bilməz, qılıncım yanınmda olsaydı başını səndən uzağa vızıldadardım,Oğlan : -heç nə edə bilməzsən, axmağın biri ,təzə xortdayanlar hamısı sənin kimi sərsəmləyir ,bir azdan sakitləşəcəksən ,indicə yıxılana bax ,gör bir gül kimi səkini nə günə qoymusan ,müqəddəs ” kir “dediyin o,çirk də allah bilir dünyanın harasından xortdayıb indi ,sənin bəxtin gətirib ki təxminən bir ərazidə çürüyüb daşlaşıb qayalıqa dönmüsən kəsib gətirib bu küçədə səki tikiblər,bir saat bundan əvvələcən səkinin biriydin yanından ötüb keçən itlər də ayaqlarını sənə dayayıb bir rahatlanırdılar, get əyninə marketdən bir şey çırpışdır,məni öldürə bilməzssən çünki mən çoxdan ölüb bir az bundan əvvəl dirilmişəm ,qiyamət gününün ləzzəti ondadır ki ,daha bundan o tərəfə ölüm yoxdur.Uzun kişi həyəcanla : - axı mən burada yıxılmamışdım .Oğlan : -dedim ki qayalıqdan gəlmisən ,xortdadığın yeri görmürsən? Uzun  kişi : - sən də xortlamısan? Oğlan :  - bəs necə ,agah olduğuma  görə hamı mərhələlərlə dirilir,hələlik alimlər və döyüşçülər,evdar qadinları ən axırda dirildəcək .Uzun kişi : -kim ? Oğlan :-necə yəni kim, əlbəttə ki ,allah .Sənə dedim ki, get, bax ora, qapıdan gir əyninə bir şey tap geyin .Uzun kişi:-onda məni burada gözlə ,sən yaxşı oğlansan ,buraları tanımıram ,allahın hüzuruna da bir yerdə gedərik .Oğlan :    - səni gözləyirəm .O,gedib bir azdan əynində qısa şortik və maykayla qayıdır oğlana həyəcanla : -ora nə qəribə yerdir  bilsəydim getməzdim paltar üçün əsl müharibəydi ,əlimə keçən bu oldu ,yaraşır ?Oğlan : -pis deyil ,əvvəlki paltarına oxşamaz hər halda .Uzun kişi : - sən nə danışırsan onun agırlığından gəzə bilmirdim ,yaxşı, allah bizdən nə soruşacaq görəsən ,doğrusu onunla görüşəcəyimə heç inanmağım gəlmir ,müqəddəs kir deyirdi o,göylərdə qizil taxtın üstündə min arvadı ilə yaşayır ,o,onun yanında çox olmuşdu . Oğlan: -O, müqəddəs “Çirk” gopa basmaqda Albert Eynşteyndən də o yana keçibmiş,onun arvadı zadı yoxdur .Uzun kişi : - yəni allah dul yaşayıb deyirsən ? Oğlan : -Sizin dövrdəkilər hamısı sənin kimi başdan balqabaq olub deyəsən ?Uzun kişi : - balqabaq nədir ? Oğlan : -kənara çəkil, indicə o binadan xortlayanlar başına töküləcəklər.Uzun həyəcanla : - elə bil o yüksəklikdə bina xəmirdəndir gör necə əzilib büzülür,(binasa doğurdanda xəmir kimi qıvrılır –uzun : - o,bina niyə elə qurcalanır ?Oğlan : - necə yəni niyə ?Sən səkidən xortlamadın ,? Onlar da o,binadan qopub xortlayacaqlar ,amma ancaq döyüşçülər və alimlər ,hər sahənin alimləri ,digərləri isə hələ vaxtları yetişmədiyi üçün qalaq daşlar kimi gözləməli olacaqlar .Uzun : - qəribədir sən bu izahları hardan bilirsən ? oğlan : -mən bu şəhərin allah tərəfindən təyin olunmuş qurup rəhbəriyəm ,bu şəhərdəkiləri allahın hüzuruna mən aparacağam ,(yenicə dirilmiş təmamilə lüt olan qadın və kişiləri ona ğöstərib : - mənə kömək elə ,qaç onlara de ki ,əyinlərinə bir şey tapıb geyinsinlər ,bilmirəm hardan ,hardan oldu onsuzda daha heç kimı heç nədə ittiham etməyəcəklər oğurluq ,qarət, soyğunçuluq baş alıb getsə də heç kim cəzalandırılmayacaq ,çünki artıq qiyamətdir ,heç kimin malik olduğu heç nə yoxdur ,heç kim acımayacaq ,çünki ölüb xortlamışın bu gün allahdan başqa heç nəyə ehtiyacı yoxdyr ,anladın ?Hələlik bu qədər, get onları geyindir .(Uzun boyuna yaraşmayan bir yöndəmsizliklə qaçaraq gedir ,mayka və şortiklə qiyamət günü qiyamət görünür, adamlara çataraq hay – küylə onlara məsələni başa salmağa başlayır ,adamlardan biri səsini ucaldır: - Ey allahın adından danışan,de görüm nəyə görə  alimlər və döyüşçülər bir yerdə ? Bu ,beynində qan toküb kənd və şəhərləri qarət etməkdən başqa bir şey olmayan əsgərlərlə bizim nə əlaqəmiz var ?Mən kəşflər etmişəm ,insanlara xeyirlər  vermişəm ,heç olmasa məni prezidentlərlə birgə dirildəydi allah .Oğlan bu müdhiş sükut günündə hay küy salan saçları pırtlaşıq kişiyə yaxınlaşaraq : - elə bir az öncə sizdən danışırdıq ,necə deyərlər ilanın adını çəkdin əlinə daş götürməlisən ,itin adını çaşıb çəkərkən əlimizə çomaq qapmalı oldugumuz kimi .Saçları pırtlaşıq : -Təhqir ? Oğlan halını pozmadan : - nə danışırsız ? Bu tərifdir ,lap alqışdır .Çıxardığınız hoqqalar başımıza elə bombalar töküb ki ,alimə bax ,hələ sevin ki,səni dirildıb allah.(səsini alçaldıb pırtlaşıq saçlının qulağına :  -aramızda qalsın, məndən olsaydı səni bu dünyanın işığına əbədi həsrət qoyardım .Pırpız saçlı pərt olur və oğlana : - nə acıdilsən ,özün də görürəm ki, məni tanıdın ,tanıdınsa bu necə münasibətdir?Mənim adıma allah bilir ,düzdür heç mən ona deyəsən inanmırdim dünyada o qədər heykəllər qoyulub ki ,hər halda qoyulmamış olmaz ,qoyulubsa heç olmasa onlardan heç olmasa onlardan utan .Oğlan : -sökülüb dağılıb o heykəllərin hamısı indi ,hərəsindən min adam xortlayıb və yəqin ki ,sənə bənzəməzlər o,dirilənlər , hər halda ,düz deyirsən utanmalı olsam gərək onlardan utanım .Uzun oğlana : - bu kimdir ki ? Oğlan : -indi heç kim ,çünki daha heç kimin əhəmiyyəti yoxdur ,hamı eyni şeydir ,xortlamış ölülərdirlər vəssəlam .Uzun oğlanın qolundan tutub kənara çəkir və mülayimcə : -görürəm ki ,ağıllı oğlansan yəqin allahın yanında da xüsusi hörmətin var ,onu rədd elə getsin ,deyəsən özündən çox razıdır ,qılıncım yanımda olsaydı (bayaqkı söhbəti xatırlayaraq: -heyf öldürə də bilməyəcəkdim ,bir də axı heç biz tanış da olmamışıq .Oğlan həvəslə ,lakin deyəsən uzunu ələ salaraq : -Mütləq tanış olmalıyıq ,mən Mahmudam,bəs sən ?Uzun təcüblə :-belə ad birinci dəfədir eşidirəm ,yox amma deyəsən çox eşitmişəm ,deyəsən hafizəm zəifləyib ,əclaf gürzü başıma yaman bərk vurdu ,başımda nə vardısa  dağılıb gedib .Oğlan : - yox, bu indi baş verib ,qiyamət günü hamı əvvəlini unudur axı,- uzun : -Gör bir başımıza nə gəldi də ,hər şeyim vardı indi heç nəyəm özüm də -oğlan : - bəs adın necə oldu ? Uzun fikirli : -icazə ver ey allahın qurup rəhbəri ,qoy fikirləşim ,deyəsən adımı da unudmuşam ,(axmaq görkəmlə oğlana baxaraq : -bəlkə mənə nə oldu bir ad qoyasan ? Oğlan təbəssümlə : -“Kir “necədir ? uzun həyəcanla : - ey rəhbər nə danışırsan ? Kir eşitsə məni aşağıdan yuxarıya soydurar ,ya da diri halda pələnglərə bağışlar .Oğlan : -sən balqabaq başından o,pələngləri bir də o ,çirki yuyub təmizləyə bilsən işin düzələcək ,(təsüflə : -yaxşı onda adın qoy sadəcə döyüşçü olsun .Uzunun gözləri parlayır : -yadıma düşdü ,mənim adım, (əlini belinə qoyur və ucadan : -“Qəhrəman”dır ,deyəsən ata anam da olub ,(fikirli : - yox atam olmayıb , anam olub (ani fikirləşib : -amma anamın da adını xatırlaya bilmirəm , (təsüflə Mahmuda: -bəlkə heç anam da olmayıb,-gurultu  qopur, qəhrəman diksinir ,Mahmud göyə baxaraq : -nəhayət ki yağdı .Qəhrəman qorxuyla göyə baxıb : - bu necə yağışdır ? Mahmud sevinclə : torpaqdan diriləcəklərin ruh yağışıdır ,deyəsən bir müddət daş divarın toz torpağına bulaşmayacağıq ,(sevinclə yerə baxaraq Qəhrəmana: -bax ,balqabaq başını bir az işlət gör necə dirilirlər ,(pıçıltıyla : -kaş o,da mənim qurup rəhbəri olduğum bu şəhərdən cücərəydi  artıq  düz bir “an”dır ki, onsuzam ,belə uzun həsrətə kim dözə bilərdi ki ,mən dözürəm...         ASIM .2016.  

Baxış: 31


◊ BU GÜN Kİ ƏDƏBİYYATIMIZ

  Şərh göndərin 22.12.2009 14:14

Bu gün ki, azərbaycan ədəbiyyatı yaranırmı?  Buna cavab tapmaq çox da asan iş deyi. Hamı yazır, hamısı da özünü şair, yazıçı adlandırır. Amma görəsən bu əsərlər sənət baxımından yararlıdırmı? Bu sual bir oxucu kimi həmişə məni narahat edir və düşündürür. Bəs mətbuatda çıxan səsərlə görəsən oxunurmu? Oxunursa oxucunu qane edirmi? Misal üçün götürək Akşin poeziyasını. Akşin ədəbiyyatımızda seçilən gənc şairlərdən biridir. Ona görə də onun “Aynurənin ümidsizliyi” şeirinə nəzər salaq.                      Ümidlər daha çox adam şəklində yoxa çıxır,        Daha çox adam şəklində  yoxa çıxır ümidlər        Qızların varlı adamlar üçün bəsləyən ailələrin qonşuluğunda        Şəkillərə ata deyən bir uşaq böyüyür        Əllərini arxasında gözlərini qarası.   Bu şeirlə şair nə demək istəyir sualın oxucu cavablandıra bilmir. Bəlkə də şair bu şeirdə oxucuya mühüm bir şey çatdirmaq istəyib. Amma onun da nəzərə almaq lazımdır ki, fikri Ezop dilində  yox, daha aydın, daha dolğun çatdırmaq məqsədə uyğundur.Şairlər şeirlərində məna tapa bilməyəndə, fəlsəfi yazıram deyirlər. Bu həqiqətdi. Bəli bu gün hamı şeir yaza bilər, çünki şeirlərin nə qafiyəsi, nə ritimi, nə də mənası var.İnanın “dahi Akşin”in də şeirlərində bunları  açıq-aydın görmək olur.  Oxucum mən əsla demirəm ki, sərbəs şeir yazmaq lazım deyil. Əgər sərbəst şeirdə fikrini dürüst çatdıra bilirsənsə bu gözəldir. Məsələn: N. Hikmət,V.V. Mayakovski, R. Rza, Əli Kərim,Ç. Əlioğlu kimi. Yoxsa bu gün özlərini şair adlandıran,  bəzi “filosoflar” kimi yox.  Zaman dayanmır, öz axarı ilə gedir. Elm inkişaf edir, yeni-yeni texniki vasitələr yaranır, amma bu ədəbiyyatın inkişafına müsbət təsirini etdiyi qədər, mənfi təsirini də göstərir. Internet vasitəsi ilə ədəbiyyat bütün dünyaya inteqirasiya olunur və insanlar gün ərzində daha çox informasiya alır. Amma görəsən bu ədəbiyyat bu gün ki oxucuya, mənəvi cəhətdən nə verir? Kəmiyyətcə bu gün oxucu çox informasiya alsada, keyfiyyətcə bu çox aşağıdır.(gərəksiz maksimallıq yoxsa zəruri minumum?) Şəbəkə ədəbiyyatı termini yarnaması, yəni şəbəkə ədəbiyyatının formalaşması və oxucuları özünə cəlb etməsi, insanların bütün dünya ədəbiyyatından az-çox xəbərdar olması təqdirə layıqdi. Əgər hər bir oxucu öz intlektini hər an artıra bilirsə, bu olduqca gözəldir. Amma görəsən şəbəkə ədəbiyyatının nə qədəri insanlara fayıdalıdır...Müasir  ədəbiyyat deyəndə insanın yadına erotik şeirlər, hekayələr, romanlar düşür. Hal-hazırda erotik əsərlər şəbəkə ədəbiyyatının ən çox oxunan növüdür. Bəs görəsən insanların gündəlik problemlərindən bəhs edən əsər niyə yazılmır? Hər addım başı dilənçi, hər addım başı qul bazarı olan bu dərdli şəhərin, acı dərdlərindən yazılan əsərlər niyə yoxdur?  Bu gün erotik əsərlərlə insanları əyləndirən yazarlar, üzümü sizə tutub deyirəm zaman nə günəşdir, nə də ay. Günəş gündüz doğur, ay isə gecə, zaman isə dayanmır, həmişə öz kələ-kötür yoluyla gedir.                 Bu kitabı vərəqləyəndə (Yaquar yerişli zaman.)Başqa bir şeir,Azad Yaşrın bir şeiri diqqətimi çəkdi.Şeirin adı “Gözlərin zinası”dır.Bu şeirdə(şeirin əvvəlində) Məhəmməd Peyğəmbərdən sitat gətirilmişdir.   Rəsuli-Əkrəm buyurmuşdur: Gözlərin zinası-məhrəm olmayan qadınlara şəhvətlə baxmaqdır.Qəlbin zinas-zina təmənnası və arzusu duymaqdır.Hər cür zina günahdır.   Sonra isə L.N.tolstoyun Kazaklar povestindən sitat gətirmişdir. -Günahdı?Bunun nəyi günahdır?..Yaraşıqlı qıza baxmaq günahdır?..Yoxsa onu sevmək günahdır?..Səni də,o qızı da o bir olan Allah yaradıb...Heç nə günah zad deyil.Elə adicə vəhşi heyvanlardan ibrət götür.(yeroşka dayının sözləri)             Sökdü.             Baxışlarla sökdü.             Acıgöz baxışlarla sökdü.             .........................................................             Yaz günü tumurcuqlayan salxı söyüdün             Sarı,tel-tel budaqları kimi zərif qızı             Yüzillik,nimdaş,qara-qartımış,             Üzü üzlər görmüş divar kimi             Çəkinmədən ,üşənmədən,             “Heç nə günah deyil”              Deyib əsil heyy-              vann kimi              sökdü.  Mənim fikrim hələ ki, bu şeirlə yaxud onun məzmunu ilə əlaqədar deyil.Sadəcə gətirilən ikinci sitatla əlaqədardır.Məyər insan heyvandan ibrət götürməlidir?Allah ağılı insana ona görə vribmi ki,heyvandan ibrət götürsün? Mənə elə gəlir bu parçanın misal gətirilməsi yersizdi.Bəlkə də mən başa düşmürəm.Ola bilsin ki,şair(yazıçı),öz oxucusuna hər hansı bir fikri çatdırmaq istıyib.-Lap yaxşi.Amma bunu elə tərzdə etməlidi ki,bu fikir oxucuya çatsın.Axı bu kitabı təkcə fəsəfəçilər yox digər peşə sahibləri də oxuyur.Elə lap mənim kimi...    İkinci fikrim şeirin forması ilə bağlıdı.düzdü sərbəst şeir yazmaq olar.Əgər fikrini qafiyəli formada çatdıra bilmirsənsə yəni qafiyə səni çərçivəyə salırsa onda sərbəst yazmaq olar.Lakin heç olmasa ahəngdarlıq,ritm olmalıdır.Bunu da bacarmırsansa onda hekayə yaz,nəbilim məqalə yaz.., şeir yazıb özünü şair adlandırma.                                                                     

Baxış: 766


◊ BU GÜNKİ ...

  Şərh göndərin 22.12.2009 14:12



Baxış: 730



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15087)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14561)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13851)
PLATONYA
platonyaadasi.kitabxana.net (8128)
Nəriman
sungurlar.kitabxana.net (4367)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə